Xəbər lenti

Baş nazir prezidentə müharibə elan etdi
Dünya08:25 11.08.2014

Baş nazir prezidentə müharibə elan etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İraqın Baş naziri Nuri əl-Malikiyə məxsus qüvvələr Bağdadın hökumət məhəlləsini nəzarətə götürüb. 

Strateji obyektlər əhatəyə alınıb. 

Ölkədən çıxışa ciddi şəkildə nəzarət olunur, küçələrə tanklar yeridilib.

Qoşunlar Bağdada Nuri əl-Malikinin televiziyadakı müraciəti ilə eyni vaxtda çıxarılıb. 

O, ölkə Prezidenti Fuad Massuma faktiki olaraq müharibə elan etdiyini deyib: “Mən bu gün öz siyasi məqsədləri naminə Konstitusiyanı pozan, məkrli maraqlarını İraq xalqının mənafeyindən üstün tutan prezidentə qarşı federal məhkəməyə rəsmi ərizə verəcəm”.

Əl-Maliki bildirib ki, vəzifədən getmək istəmir və kabinetə üçüncü müddətə rəhbərlik etməyə hazır olduğunu açıq şəkildə deyib.

Qeyd edək ki, indiki prezidentin lideri olduğu Kürd Milli Koalisiyası Nuri əl-Malikinin namizədliyini dəstəkləməkdən imtina edir.

 AzerTAc