Xəbər lenti

Baş nazir: "Üzr istədim, çünki..."
Dünya08:11 24.03.2013

Baş nazir: "Üzr istədim, çünki..."

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İsrail baş naziri Benyamin Netanyahu ölkəsinin "Mavi Mərmərə" hadisəsi ilə bağlı Türkiyədən üzr istəməsinə münasibət bildirib.

Qaynar.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Netanyahu rəsmi "Facebook" səhifəsində yayımladığı mesajda üzrü "Suriya böhranının dərinləşməsi" ilə əlaqələndirib. 

"Bizim üçün ən böyük təhlükə Suriyada kimyəvi silahların terrorist qrupların əlinə keçməsidir" deyən baş nazir Türkiyə ilə İsrailin "ünsiyyət quraraq regional problemlərıi birgə həll edə biləcəyini" ifadə edib.

Netanyahu həmçinin Mavi Mərmərə hadisəsi ilə bağlı Türkiyədən üzr istəmək üçün son üç ildə bir neçə dəfə cəhd etdiyini də xatırladıb.

Eyni zamanda İsrail müdafiə naziri Moşe Yalon da "Türkiyədən üzr istəmənin yerində bir qərar olduğunu" ifadə edərək Türkiyədən belə bir zamanda üzr istənilməsinin regional hadisələrlə əlaqədar olduğunu dilə gətirib.

Qaynar.info