Xəbər lenti

Baş nazir taksi sürdü - VİDEO
Dünya05:28 12.08.2013

Baş nazir taksi sürdü - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Norveçin baş naziri Yens Stoltenberq paytaxt Osloda taksi sürüb. 

Qaynar.info-nun məlumatına görə, Stoltenberq bildirib ki, taksi sürməkdə məqsədi sadə seçicilərin rəyini öyrənmək olub. 

"İnsanların düşündüklərini danışdıqları yeganə yer məhz taksidir" deyə baş nazir bildirib. 

Taksiyə minməzdən əvvəl baş nazir gün eynəyi və taksi sürücüsünün geyimini geyib. 

Sərnişinlərdən biri deyib ki, o, taksi sürücüsündən çox nazirə oxşayırdı. Bir dəfə də sürətlə əyləcin yerini səhv salıb. Onu tanıyan sərnişinlərə isə Stoltenberq deyib ki, o elə baş nazir postunda Norveç xalqına yaxşı xidmət edə bilər, nəinki sürücü işləməklə.  

Taksidə bütün baş verənlərin hamısı gizli kameraya çəkilib. Həmin görüntülərin bir hissəsini baş nazir özünün Facebook səhifəsində yerləşdirib.

Qaynar.info