Xəbər lenti

Baş nazir telefonla elçilik etdi
Dünya15:20 12.09.2016

Baş nazir telefonla elçilik etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Üsküdar Çevik Qüvvələr Tədris Korpusunda polislərlə nahar edən Türkiyənin baş naziri Binəli Yıldırım elçilik edib.

Türkiyə mediası xəbər verir ki, bir polisin xahişi ilə sevdiyi qızın ailəsinə zəng edən baş nazir xanımın ana və atasını evlilik üçün razı salıb.

Baş nazir daha əvvəl qızın özü ilə danışıb. Qızın ailəsindən “hə” cavabı alan Yıldırım daha sonra polisin anasına zəng edərək ona müjdə verib.

Binəli Yıldırım polisə toyda iştirak edəcəyinə dair söz verib.(publika.az)

Qaynarinfo.Az