Rusiyanın işğalından sonra Ukraynanın üç mərhələli bərpa planı üçün 750 milyard dollar lazımdır.
Qaynarinfo "Reuters” xəbər agentliyinə istinadla xəbər verir ki, bu sözləri
Ukraynanın baş naziri Denis Şmıqal deyib.
İsveçrənin ev sahibliyi etdiyi Ukraynanın Bərpası Konfransında baş nazir bildirib ki, Rusiyanın işğalı nəticəsində Ukrayna infrastrukturuna 100 milyard dollardan çox birbaşa ziyan dəyib.
"Bu gün Ukraynanın birbaşa infrastruktur itkiləri 100 milyard dollardan artıqdır. Artıq 750 milyard dollar dəyərində qiymətləndirilən yenilənmə planını kim ödəyəcək?" - deyə o bildirib.
Ukrayna hökuməti hesab edir ki, bərpa planı üçün əsas maliyyə mənbəyi rus oliqarxlarından müsadirə edilmiş aktivlər olmalıdır.
Onun sözlərinə görə, Ukraynanın bərpa planı üç mərhələdən ibarətdir: birincisi, insanların gündəlik həyatı üçün vacib olan şeylərin, məsələn, hazırda davam edən su təchizatının düzəldilməsi, hərbi əməliyyatlar bitən kimi işə salınacaq "sürətli bərpa” komponentinə isə xəstəxana və məktəb, müvəqqəti yaşayış yerləri , o cümlədən uzunmüddətli perspektivdə ölkəni dəyişdirməyi hədəfləyən layihələr daxildir.
Nurlan Hüseynov