
İspaniya parlamentinin aşağı palatası Xalq partiyasının lideri, baş nazirin səlahiyyətlərini icra edən Mariano Rahoyu nazirlər kabinetinin rəhbəri vəzifəsinə təsdiq etməyib.
Səsvermənin ilk turunda M.Rahoyun lehinə 170, əleyhinə isə 180 deputat səs verib.
Səsvermənin ikinci turu sentyabrın 2-də keçiriləcək. Bu dəfə təsdiq üçün Mariano Rahoya adı səs çoxluğu kifayət edə bilər.(APA)
Qaynarinfo.Az