Xəbər lenti

Baş nazir: Yunanıstan Türkiyəyə kanalını açıq saxlamaq istəyir
Dünya11:21 17.06.2022

Baş nazir: Yunanıstan Türkiyəyə kanalını açıq saxlamaq istəyir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İki qonşu arasında gərginliyi artıran kəskin ritorikaya baxmayaraq, Türkiyə ilə əlaqə kanallarını açıq saxlamaq vacibdir.
Qaynarinfo "Reuters” xəbər agentliyinə istinadla xəbər verir ki, bu sözləri Yunanıstanın baş naziri Kyriakos Mitsotakis deyib. 
Vurğulayaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstanın Egey dənizindəki beynəlxalq müqavilələrə əsasən silahsızlaşdırılmış statusa malik adaları silahlandırmaqdan əl çəkməli olduğunu deməsi ilə gərginlik yenidən artıb. Yunanıstan Türkiyənin iddialarını əsassız hesab edir. Kiprdə çıxış edən Mitsotakis beynəlxalq hüququn Yunanıstanın tərəfində olduğunu deyib. "Biz diplomatik təcrübə qaydalarından kənara çıxan istənilən ritorikanı bir kənara qoyacağıq”,- o, Kipr prezidenti Nikos Anastasiades ilə Nikosiyada görüşü zamanı deyib.
Baş nazir deyib ki, hətta ən çətin zamanlarda belə ünsiyyət açıq qalmalıdır:"Mən inanıram ki, bu yanaşma düzgündür və biz tez bir zamanda daha sakit sulara qayıdacağıq, ünsiyyət kanallarını həmişə  açıq saxlayacağıq. Bu, mənim fikrimdir və həmişə belə olub ki, onlar hətta ən çətin anlarda belə heç vaxt bağlanmamalıdır". 
Türkiyə Müdafiə Nazirliyi isə bildirib ki, Türkiyə və Yunanıstanın müdafiə nazirləri cümə axşamı günü Brüsseldə NATO-nun iclası çərçivəsində bir araya gəlib və son vaxtlar artan gərginliyi azaltmaq üçün dialoqun davam etdirilməsini müzakirə ediblər.
Nurlan Hüseynov