İspaniyanın baş naziri Pedro Sançes Kubaya səfər edib.
Qaynarinfo xəbər verir ki, səfərin məqsədi ikitərəfli münasibətləri normallaşdırmaq və sabitləşdirmək, habelə Karib hövzəsi ölkələrinin liderləri ilə yüksək səviyyədə siyasi dialoqa yenidən başlamaqdır.
Bu, İspaniya hökuməti başçısının 32 ildən sonra Kubaya ilk səfəri olub.