Xəbər lenti

Baş nazirə əkiz sürprizi - FOTO
Dünya13:06 23.04.2014

Baş nazirə əkiz sürprizi - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türkiyə maliyyə naziri Mehmet Şimşək 23 Aprel Milli Suverenlik və Uşaq Bayramında ölkənin baş naziri Rəcəb Tayyib Ərdoğana sürpriz edib.

Anspress-in məlumatına görə, Mehmet Şimşək yeni doğulan əkiz qızları Sara və Azranı qucağına alaraq Ərdoğanı ziyarət edib.

Ərdoğan isə ölkə maliyyə nazirinin əkiz qızlarını qucağına alaraq onlarla xatirə şəkili çəkdirib. Mehmet Şimşək baş nazirlə çəkdirdikləri fotonu öz “Twitter” səhifəsində paylaşıb.

Qeyd edək ki, bu gün Türkiyədə Milli Suverenlik və Uşaq Bayramı qeyd edilir. Hər il 23 apreldə Türkiyə prezidenti, baş naziri, şəhər valiləri, habelə bələdiyyə sədrləri ilə kənd və qəsəbə muxtarları öz yerlərini müəyyən olunmuş uşaqlardan birinə verir və onların bu vəzifədə verdiyi göstərişlərə riayət olunur.

Qaynar.info