Bazar ertəsi Dəməşqin mərkəzində Suriyanın Baş naziri Vael əl-Həlqiyə qarşı sui-qəsd edilib.
Baş nazirin avtomobilinə bombalı hücum təşkil edilib.
Hücum nəticəsində azı 7 nəfərin öldüyü bildirilir. Lakin Halki sui-qəsddən salamat qurtula bilib.
Suriyanın dövlət televiziyası baş nazirə Dəməşqin Əl Məzzə məhəlləsində “terrorçuların” hücum etdiyini xəbər verib.
Suriya İnsan Haqlarını Müşahidə Təşkilatı hücum zamanı əl Halkinin cangüdənlərindən birinin öldüyünü, digər cangüdəni və sürücüsünün isə yaralandığını məlumat verib. //azadliq.info
Qaynar.info





