Xəbər lenti

Baş naziri restorana buraxmadılar
Dünya17:57 17.05.2020

Baş naziri restorana buraxmadılar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dünyanın bir çox ölkələri karantin tədbirlərini yumşaltmağa davam edir. 
Qaynarinfo Yenicag.az-a istinadən xəbər verir ki, Yeni Zelandiyadakı restoranlar açılsa da, Baş nazir Jacinda Ardernə xüsusi imtiyaz tanınmayıb.
Belə ki, şənbə günü nahar etmək üçün paytaxt Vellinqtonda bir restorana gedən Ardern və nişanlısı Klarke Gayford, koronavirus qaydalarına uyğun olaraq restoran dolu hesab edildiyi üçün içəri keçə bilməyib.
Həmin anda restoranda olam bir yeni zelandiyalı bu məlumatı sosial mediada paylaşıb.
Hadisədən qısa müddət sonra restoranda yer boşalıb və işçilər uzaqlaşan Ardern cütlüyünü yenidən restorana dəvət ediblər.