Xəbər lenti

Baş nazirin iftar süfrəsindən imtina etdilər
Dünya14:23 19.07.2013

Baş nazirin iftar süfrəsindən imtina etdilər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanın Ramazan ayı münasibətilə verdiyi iftar süfrəsinə iki ölkənin səfirlərinin dəvət edilməməsi, eləcə də digər iki ölkənin səfirlərinin gəlməməsi maraqla qarşılanıb. 

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, AK partinin verdiyi iftar süfrəsinə Suriya və İsrailin Türkiyədəki səfirləri dəvət olunmayıb. 

Misirdə baş vermiş hərbi çevrilişdən sonra ölkənin Ankaradakı səfirinin AK partininverdiyi iftara qatılıb-qatılmayacağı müzakirə mövzusu olub.  Belə ki, səfir Əbdürrəhman Salahədir Ərdoğanın dəvət etdiyi qonaqlar sırasında olsa da, o iftara gəlməyib.

İftara dəvətli olub, lakin gəlməyənlər sırasında Amerikanın Türkiyədəki səfiri Fransis Riçardone də olub.