Xəbər lenti

Baş prokuror istefa verdi
Dünya11:02 07.11.2013

Baş prokuror istefa verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Arçil Kbilaşvili istefasının səbəblərinə aydınlıq gətirdi

Gürcüstanın baş prokuroru Arçil Kbilaşvili istefa verib. ANS PRESS Gürcüstan mətbuatına istinadla xəbər verir ki, Arçil Kbilaşvili yaxın vaxtlarda baş nazir postunu tutacaq İrakli Qaribaşvili ilə birgə işləmək istəmədiyindən, bu addımı atıb.

Gürcüstan mətbuatının verdiyi məlumata görə, baş prokurorla daxili işlər naziri İrakli Qaribaşvili arasında münasibətlər heç də yaxşı olmayıb. Bu səbəbdən də, ArçiL Kbiraşvili onun rəhbərlik etdiyi hökümət kabinetində təmsil olunmaq istəməyib.

Bununla belə baş prokuror yayılan məlumatları təkzib edib: "Biz bir çox vaxtlarda birlikdə çalışmışıq, cinayətkarlarla mübarizə tədbirlərini işləyib hazırlamışıq. Lakin, əlbəttə, aramızda fikir ayrılıqları var ki, bu da təbiidir. Lakin mənim istefam bununla bağlı deyil".

Kbilaşvili bəyan edib ki, baş nazir Bidzina İvanişvili istefa verdiyindən, onunla birgə ictimai sektorda çalışmaq istəyir.

Qaynar.info