Xəbər lenti

Baş redaktor öldürüldü
Dünya09:49 15.06.2014

Baş redaktor öldürüldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Kirov vilayətində beş gün əvvəl itkin düşmüş baş redaktor ölü tapılıb.

APA-nın məlumatına görə, Daxili İşlər Nazirliyinin regional idarəsindən bildirilib ki, “Doğma diyar” (“Родной край”) rayon qəzetinin baş redaktoru, 48 yaşlı Qalina Koşşeyavanın üzərində zorakılıq əlamətləri olan meyitini polis iyunun 14-də Kilmez rayonunun Suna qəsəbəsi yaxınlığındakı meşə massivində tapıb.

Faktla bağlı cinayət işi başlanıb.

Baş redaktor iyunun 10-da qəzetin redaksiyasına işə gedərkən yoxa çıxıb.

Hadisənin motivi və kimlər tərəfindən törədildiyi barədə hələlik heç bir versiya irəli sürülməyib.

Qaynar.info