Xəbər lenti

“Baş verənlərə göz yumurlar...” - Putin
Dünya12:57 14.10.2014

“Baş verənlərə göz yumurlar...” - Putin

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rusiya prezidenti Vladimir Putin bu gün İnsan Haqları üzrə Prezident Şurasının üzvləri ilə görüşdə Ukrayna hadisələrinə toxunub. 

 “Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, Putin hesab edir ki, Ukraynada baş verənlərin ən başlıca faciəsi  rus və ukrayna xalqları arasında ayrıseçkilik salmaqdır və bunu aradan qaldırmaq üçün birgə çıxış yolları tapmaq lazım olduğunu bildirib:

“Ən başlıca faciə ukrayna və rus xalqlarını ayırmaqdır. Bu, ən böyük faciədir. Bunu sözsüz ki, Ukrayna hökuməti ilə birgə aradan qaldırmaq olar. 

Biz Ukraynanın cənub-şərqində mülki əhaliyə qarşı cinayətə verilən qiymətdə ikili standartların şahidi olduq. İnsanlar burada işgəncəyə, qəddar və onların qürurunu alçaldan cəzalara, diskriminasiya və ədalətsiz qərarlara məruz qalırlar. Təəssüf ki, bir çox beynəlxalq hüquq-müdafiə təşkilatları baş verənlərə gözlərini yumurlar, riyakarcasına bundan üz döndərirlər”.

Qaynar.info