Xəbər lenti

Baş yepiskop özünə 2,3 milyon dollarlıq ev aldı
Dünya07:20 28.08.2018

Baş yepiskop özünə 2,3 milyon dollarlıq ev aldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Kaliforniyanın San Jose şəhərinin baş yepiskopu Silikon adasından 2,3 milyon dollar dəyərə sahib ev alıb.
Qaynarinfo Guardian-a istinadən xəbər verir ki, 73 yaşlı Patrik Makqratın aldığı 5 yataq otağına sahib 306 kvadrat metrlik ev dəbdəbəsi ilə diqqət çəkir. Yepiskop evin təqaüdə çıxandan sonra dövlət tərəfindən onun üçün ayrılan fondla alındığını vurğulayıb və evin alınmasının kilsə üçün yaxşı yatırım olduğunu bildirib.
Qeyd edək ki, Makqrat 2016-cı ildə yazılmış, çox sayda uşaq və insanın maşınlarda yaşadığını dilə gətirən, evsizlər üçün ucuz ev ideyasını irəli sürən 950 milyon dollarlıq layihənin söz açıldığı məqalənin müəlliflərindən biri olub.
Gülşən