Xəbər lenti

Başına 1 milyon qoyulan terrorçu öldürüldü
Dünya19:28 12.10.2016

Başına 1 milyon qoyulan terrorçu öldürüldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türkiyə Silahlı Qüvvələri PKK terror təşkilatına ağır zərbə vurub.

Bitlis vilayətinin Güroymak mahalında başına 1 milyon lirə pul mükafatı qoyulan “Rojhat Vartinus” kod adlı M. N. Ö. ölü ələ keçirilib.

O, PKK-nın Güroymak mahalı üzrə lideri idi. “Aras” kod adlı N.B. isə yaralı olaraq tutulub.

Terrorçularla birlikdə 1 ədəd M-16 piyada tüfəngi və 1 ədəd “Kalaşnikov” avtomat silahı ələ keçirilib.(publika.az)

Qaynarinfo.Az