Xəbər lenti

İdman 12:30 25.01.2024

Basketbolçu azarkeşi meydandan qovdurdu

NBA komandalarından "Dallas Mavriks"in oyunçusu Luka Donçiç onu təhqir edən rəqib azarkeşi meydandan qovdurub.

Qaynarinfo-nun məlumatına görə, "Feniks Sans"la görüşdə Donçiç meydançaya yaxın olan və "Luka sən yorulmusan! Arxanı qaçış zolağına çək!" - ifadələri ilə onu təhqir edən azarkeşin zaldan çıxarılmasını istəyib.  

Donçiçin xahişi "American Airlines Mərkəzi"ndəki təhlükəsizlik işçiləri tərəfindən pavilyondan qovulub. Qonaq komandanın azarkeşinin dediyi sözlər təkcə basketbolçu deyil, meydançaya yaxın olan digər oyunçular və klub rəsmiləri tərəfindən də eşidilib. 

Matçdan sonrakı mətbuat konfransında etdiyi hərəkətlə bağlı açıqlamasında Donçiç "O, ilk hissə boyu məni söydü. Heç vaxt azarkeşi meydandan qovmaram. Çünki biletlərin pulunu ödəyirlər. Amma mən kifayət qədər xoşagəlməz hal yaşadım" - sözlərini söyləyib.

Basketbolçu fanatın Lukaya söylədiyi sözləri dərc edən ESPN jurnalistinə də narazılığını bildirib. O, KİV nümyəndəsinə: "Həmişə mənim haqqımda pis bir şey deyən ilk siz olacaqsınız" - sözlərini söyləyib.
 


Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->