
ABŞ prezidenti Donald Tramp və xanımı Melaniya Tramp Bastiliya günü münasibətilə Fransanın paytaxtı Parisdə təşkil edilən paradda iştirak edib.
"Qaynarinfo" "BBC"yə istinadən xəbər verir ki, Fransa prezidenti Emmanuel Makron və "first lady" Bricit Makron Tramp ailəsini qəbul edib. Paradda həm Fransa, həm də ABŞ ordusunun nümayəndələri iştirak edir.
ABŞ prezidenti tədbiri "möhtəşəm milli bayram" adlandırıb.
Qeyd edək ki, bayram tədbiri ilə əlaqədar təhlükəsizlik tədbirləri yüksək səviyyəyə çatdırılıb.
Ötən il Fransanın Nis şəhərində terakt törədilmiş və bu bayramı qeyd edən 86 nəfər dünyasını dəyişmişdi.
Gülşən
Qaynarinfo.Az











