
Batumidə Rusiya bayrağı və Putinin portreti yandırıldıGürcüstanın Batumi şəhərində Rusiya əleyhinə aksiya keçirilib.
Qaynar.info-nun musavat.com-a istinadən verdiyi xəbərə görə, aksiyanın təşkilatçısı “Vahid milli hərəkat”ın gənclər qanadı olub.Akasiya zamanı etirazçılar Rusiya bayrağını və prezident Vladimir Putinin şəkilini yandırıblar.“Gənclik yığışıb və Rusiya əleyhinə aksiya keçirir. Biz demək istəyirik ki, Gürcüstanda Rusiyanın imperiya siyasətinin həyata keçməsi və populyarlaşmasına imkan verməyəcəyik” – iştirakçılardan biri deyib.
Qaynar.info