Xəbər lenti

Batumidə binanın çökməsi nəticəsində ölənlərin sayı 9-a çatdı (YENİLƏNİB)
Dünya13:51 09.10.2021

Batumidə binanın çökməsi nəticəsində ölənlərin sayı 9-a çatdı (YENİLƏNİB)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Batumidə yaşayış binasının dağıntıları arasında daha 1 nəfərin meyiti tapılıb.
Qaynarinfo xəbər verir ki, o, dağıntılar altında axtarılan sonuncu şəxs olub.
Bununla da hadisə nəticəsində ölənlərin sayı 9-a çatıb. Onların 3-ü uşaqdır.
Dağıntılar altından sağ çıxarılan bir nəfərin vəziyyəti ağır qiymətləndirilir.  
13:51
Batumidə çökən binanın dağıntıları altından daha 2 nəfərin meyiti çıxarılıb.
Qaynarinfo xəbər verir ki, onlar ana və onun yetkinlik yaşına çatmayan uşağıdır.
Hadisə zamanı ölənlərin sayı 8-ə yüksəlib. Daha 1 nəfərin axtarışları üzrə işlər davam etdirilir. 
08.56
Batumi şəhərində dağıntılar altında qalan daha 1 nəfərin meyiti çıxarılıb.
Qaynarinfo xəbər verir ki, meyiti tapılan azyaşlıdır.
İndiyədək ümumilikdə 5 nəfərin meyiti tapılıb.
Dağıntılar altında qalanların sayı barədə məlumat yoxdur.