Xəbər lenti

Batumidə ölənlər arasında azərbaycanlı var? (AÇIQLAMA)
Dünya06:05 25.11.2017

Batumidə ölənlər arasında azərbaycanlı var? (AÇIQLAMA)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Batumidə "Leogrand” otelində baş verən yanğın nəticəsində 4 nəfər ölüb, 10-dan çox insan yaralanıb. Ölən və yaralananlar arasında Azərbaycan vətəndaşı və ya bu şəhərdə yaşayan soydaşımız yoxdur".
Qaynarinfo xəbər verir ki. bu sözləri "Report”un Gürcüstan bürosuna Azərbaycanın Batumidəki Baş konsulu Rəşad İsmayılov deyib. Baş konsul bildirib ki, konsulluğun əməkdaşları hadisə yerindədirlər və yenə də vəziyyətlə maraqlanırlar.
Bir neçə saat əvvəl Batumidəki "Leogrand” otelində yanğın baş verib. Yanğının otelin mətbəxindən başladığı bildirilir.