Xəbər lenti

Batumidə uşaq xəstəxanasında tavan uçdu
Dünya05:59 11.10.2021

Batumidə uşaq xəstəxanasında tavan uçdu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Gürcüstanın Batumi şəhərində İaşvili adına ana və uşaq xəstəxanasında palataların birində asma tavan uçub.
Qaynarinfo Report-a istinadən xəbər verir ki, gecə saatlarında baş verən hadisə zamanı palatada 4 uşaq olub.
İnsident zamanı xəsarət alan olmayıb. Uşaqların valideynləri xəstəxanaya polis çağırıblar.
Klinikanın rəhbərliyindən bildirilib ki, hadisənin səbəbi araşdırmalardan sonra məlum olacaq.
Xəstəxanaya artıq Batumi meriyası və Fövqəladə Halların İdarə Olunması Xidmətinin nümayəndələri baş çəkib.