"Bavariya" 17 yaşlı futbolçu ilə anlaşıb.
Qaynarinfo-nun məlumatına görə, alman nəhəngi Tanzaniya əsilli avstraliyalı cinah oyunçusu Nestori İrankundanı transfer edib.
Klubdan verilən açıqlamada Avstraliya klubu "Adelayde Yunayted"də çıxış edən futbolçu ilə uzunmüddətli müqavilə imzalandığı bildirilib. 2024-cü il fevralın 9-da 18 yaşı tamam olacaq vingerin "Bavariya" ilə müqaviləsi 2024-cü il iyulun 1-dən qüvvəyə minəcək.
Alman mətbuatında çıxan xəbərə görə, "Bavariya" Avstraliyanın 17 yaşadək futbolçulardan ibarət milli komandasında 7 matçda 11 qol vuran Nestory Irankunda üçün 3,4 milyon avro transfer haqqı və performansına görə əlavə pul ödəyəcək.
Səbuhi Həsənov
Şərhlər