Xəbər lenti

“Bavariya”nın 4 milyon avroluq oyunçusu kim olacaq?
İdman15:24 11.01.2024

“Bavariya”nın 4 milyon avroluq oyunçusu kim olacaq?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Tottenhem Hotspur” və İngiltərə millisinin müdafiəçisi Erik Dayer tezliklə "Bavariya” ilə müqavilə imzalayacaq.
"Qafqazinfo” bununla bağlı xarici KİV-ə istinadən xəbər verir.
Bildirilib ki, Dayerin Almaniya klubuna transferinin məbləği 4 milyon avro olacaq.
Erik Dayer 2014-cü ildən "Tottenhem”də çıxış edir. Futbolçu bütün rəsmi turnirlərdə komandanın tərkibində 365 oyun keçirib, 13 qol vurub və 12 məhsuldar ötürmə edib.