Xəbər lenti

İdman 11:23 06.03.2024

"Bavariya"nın baş məşqçisi qutuya təpik atdı, barmağını sındırdı

"Bavariya"nın baş məşqçisi Tomas Tuxel Romada keçirilən "Latsio" ilə Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunu öncəsi paltardəyişmə otağında barmağını sındırıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə mütəxəssis oyunsonrası mətbuat konfransında jurnalistlərə açıqlama verib.

Onun sözlərinə görə, matça hazırlıq zamanı futbolçuları motivasiya edən zaman zədələnib.

"Mən motivasiya xarakterli çıxışdan əvvəl paltardəyişmə otağında qutuya vurdum və baş barmağımı qırdım. İndi ayaqqabımı çıxara biləcəyimə əmin deyiləm. Komanda mənim demək olar ki, bütün 90 dəqiqə niyə oturduğumla çox maraqlandı", deyə Tuxel bildirib.

Qeyd edək ki, bu matçda "Bavariya" "Latsio"nu 3:0 hesabı ilə məğlub edib və mərhələ adlayıb.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->