Xəbər lenti

Bavariyanın baş naziri: Rusiyanın qalib gəlməsinin qarşısını almaq üçün tək şans...
Dünya13:23 07.01.2024

Bavariyanın baş naziri: Rusiyanın qalib gəlməsinin qarşısını almaq üçün tək şans...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bavariyanın Baş naziri, Xristian Sosial Birliyinin (XSB) sədri Markus Zöder Almaniyanın Ukraynaya uzaqmənzilli qanadlı raketlər verməli olduğunu bildirib.
Qaynarinfo "Yevropeyska pravda"ya istinadən xəbər verir ki, onun bəyanatını "t-online" yayıb. 
Zöderin sözlərinə görə, "Taurus” raketləri Ukraynaya "dronların və raketlərin davamlı hücumlarından qorunmağa” kömək edəcək.
Bavariyanın baş naziri hesab edir ki, bu, "Ukrayna üçün yeni cəsarət tapmaq və rusiyalıların qalib gəlməsinə imkan verməmək üçün yeganə ciddi şansdır”.
Onun sözlərinə görə, əgər Rusiya müharibədə qalib gəlsə və ABŞ gələcək beynəlxalq böhranlarda iştirakdan yayınmağa davam edərsə, Almaniya və Aİ "real təhlükəsizlik problemi” ilə üzləşəcək.
Qeyd edək ki, Rusiyanın Ukraynaya kütləvi raket hücumlarından sonra Bundestaqın Müdafiə Komitəsinin sədri Mari-Aqnes Strak-Zimmermann da "Taurus” raketlərinin Ukraynaya verilməsini istəyib. Deputat qeyd edib ki, Ukrayna indi təcili olaraq "artilleriya, "Taurus” üçün döyüş sursatı və təchiz etdiyimiz iri texnikanın ehtiyat hissələrinə” ehtiyac duyur.
Bundan əlavə, Bundestaq partiyalarının müdafiə məsələləri üzrə bir neçə aparıcı nümayəndəsi Rusiyadakı hədəflərə hücumlar üçün Ukraynanın uzaqmənzilli "Taurus” raketləri ilə təmin olunmasının lehinə çıxış edib.
Eyni zamanda, Almaniya hökuməti Ukraynaya "Taurus” uzaqmənzilli raketlərini verməkdən imtina etməkdə davam edir.
Nizami Bağırov