Xəbər lenti

Baxmut süqut etsə, bu o demək olamayacaq ki, Rusiya... - Pentaqon
Dünya 17:20 06.03.2023

Baxmut süqut etsə, bu o demək olamayacaq ki, Rusiya... - Pentaqon

Əgər rusiyalı hərbçilər Baxmutu ələ keçirə bilsələr, bu, Moskvanın bir ildir davam edən hərbi səylərinin sürətini bərpa edəcəyi anlamına gəlməyəcək.

Bu barədə Qaynarinfo The Guardian-a istinadən xəbər verir.

ABŞ müdafiə naziri Lloyd Ostin bildirib ki, Baxmut Ukrayna üçün əməliyyatdan daha çox simvolik əhəmiyyətə malikdir.

"Düşünürəm ki, bu, strateji və əməliyyat əhəmiyyətindən daha çox simvolik əhəmiyyətdir.

Eyni zamanda, Ostin Baxmutun Rusiya qoşunları tərəfindən ələ keçiriləcəyini proqnozlaşdırmaqdan imtina edib.

"Baxmutun süqutu rusların bu mübarizənin gedişatını dəyişdiyi anlamına gəlməyəcək”, - Ostin əlavə edib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->