Xəbər lenti

Baxmut yaxınlığında USQ Rusiya futbol ultrasını məhv etdi
Dünya 12:52 16.08.2023

Baxmut yaxınlığında USQ Rusiya futbol ultrasını məhv etdi

3-cü əlahiddə həmlə briqadasının mətbuat zabiti Aleksandr Borodin Rusiyanın Baxmut istiqamətində əks hücumunun təfərrüatlarından danışıb.

Qaynarinfo xəbər verir ki, bu barədə "New voise” yazır.

"United News" telemarafonunun efirində Borodin bildirib ki, Ukrayna hərbçiləri üç T-90M tankını, həmçinin bir bölük Rusiya futbol ultrasını (radikal futbol azarkeşləri – red.) məhv ediblər.

"Rusiya hərbçilərinin əks-hücumları kifayət qədər güclü idi, lakin biz onu dəf etdik, üstəlik, nadir hallar baş verdi - üç T-90M tankını məhv etdik, çünki onların əksəriyyəti piyadalarla hücuma keçməyə çalışır. Bir bölük piyadanı məhv etdik, belə deyək, onlar "fanat xüsusi təyinatlıları" idi - Espanyol - CSKA futbol klubunun azarkeşləridir", - deyə Borodin bildirib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->