Xəbər lenti

Baxmutda rusların yeni taktikası: gərgin küçə döyüşləri (VİDEO)
Dünya13:48 18.04.2023

Baxmutda rusların yeni taktikası: gərgin küçə döyüşləri (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Baxmutun sərhədçi-müdafiəçiləri qeyd edirlər ki, düşmən qüvvələri arasında artıq daha az məhbuslar və daha peşəkar hərbçilər var. Şəhər mərkəzində gərgin küçə döyüşləri davam edir.
Qaynarinfo xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidməti məlumat yayıb.
"Baxmut uğrunda döyüş on aya yaxındır ki, davam edir.Əhəmiyyətli itkilərə baxmayaraq, rus qoşunları yavaş-yavaş irəliləyərək şəhərə hücumu davam etdirirlər.
Qarşıdurma şəhərin mərkəzi hissəsinə keçib.
Sıx şəhər ərazilərində döyüşlər minimum məsafələrdə baş verir. Bəzi yerlərdə işğalçılarla Ukrayna hərbçilərini bir neçə metr ayırır ki, bu da müdafiəni son dərəcə çətinləşdirir”.
Alpər