Xəbər lenti

Baxşıyev iki futbolçunu göndərdi
İdman17:16 13.06.2022

Baxşıyev iki futbolçunu göndərdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Qəbələ” iki futbolçu ilə yollarını ayırıb.
Qaynarinfo klubun rəsmi saytına istinadən xəbər verir ki, qapıçı Nicat Mehbalıyev və yarımmüdafiəçi Ehtiram Şahverdiyev 2022-2023-cü illər mövsümündən "qırmızı-qara” formada çıxış etməyəcək.
2021-ci ilin yayından "Qəbələ”nin şərəfini qoruyan Nicatın icarə müddəti başa çatıb. O, 2021-2022-ci illər mövsümündə "qırmızı-qaralar”ın heyətində 28 oyun keçirib.
Ehtiramla başa çatan müqavilənin müddəti uzadılmayıb. "Qəbələ”də 2015-2016-cı illər mövsümündə debüt edən futbolçu əsas komandada ümumilikdə 42 matç (1 qol) keçirib.
Səbuhi Həsənov