Xəbər lenti

Bayden ABŞ-ın 895 milyard dollarlıq müdafiə büdcəsini təsdiqlədi
Dünya 12:09 24.12.2024

Bayden ABŞ-ın 895 milyard dollarlıq müdafiə büdcəsini təsdiqlədi

ABŞ prezidenti Co Bayden dekabrın 24-də ölkənin 895 milyard dollarlıq müdafiə büdcəsini imzalayıb.  

Qaynarinfo xəbər verir ki, bu barədə Ağ Evin veb-saytı məlumat yayıb.  

Milli Müdafiə üçün Ayırmalar Aktı (NDAA) bir neçə aylıq müzakirələrdən sonra hər iki palatada ikiqat partiya dəstəyi ilə qəbul edilib.  

Son razılaşmadan ən mübahisəli məsələlər, o cümlədən abortlarla bağlı tədbirlər və Pentaqonun orduda müxtəliflik və inklüzivliyi təşviq etmə səyləri çıxarılıb.  

Eyni zamanda, spiker Mayk Consonun tələbi ilə daxil edilən müddəa Tricare hərbi sağlamlıq sisteminin gender disforiyası ilə bağlı müalicəni qarşılamasını qadağan edir.  

Bayden bu müddəanı tənqid edib və qanun layihəsinə dair etirazlarını bəyanatında ifadə edib.  

Qanun layihəsinə görə, 850 milyard dollar Müdafiə Nazirliyinin əsas büdcəsinə, 33,5 milyard dollar isə Energetika Nazirliyinin rəhbərliyi altında nüvə silahı proqramlarına ayrılacaq.  

Senatın Silahlı Qüvvələr Komitəsi həmçinin əlavə 25 milyard dolların raket əleyhinə müdafiə, gəmiqayırma və pilotsuz təyyarələrlə mübarizə texnologiyalarına ayrılmasını təsdiqləyib.  

Xatırladaq ki, qəbul edilmiş qanun redaksiyasında Ukrayna üçün lend-liz imkanları nəzərdə tutulmayıb.  

Eyni zamanda, NATO-nun baş katibi, gələcək ABŞ prezidenti Donald Trampın müdafiə xərcləri kontekstində təzyiq göstərəcəyini gözləyir.  

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->