Xəbər lenti

Bayden administrasiyası Zelenskinin
Dünya 11:34 26.08.2024

Bayden administrasiyası Zelenskinin "avantürası"nın nəticə verib-verməyəcəyini gözləyir

ABŞ rəsmiləri bildirirlər ki, Ukrayna hərbçilərinin Kursk vilayətində üç məqsədi var: Rusiyanı Ukraynanın şərqindən qoşunlarını çıxarmağa məcbur etmək; döyüş meydanında məğlubiyyət narrativlərini məhv etmək; potensial sülh danışıqları ərəfəsində Ukraynanın mövqeyini yaxşılaşdırmaq. Məhdud dərəcədə olsa da, indi hər üç məqsədə nail olunub.

Qaynarinfo xəbər verir ki, bu barədə "The Wall Street Journal” yazır.

Məqalədə qeyd edilir ki, ABŞ əvvəlcə Ukraynanın niyə belə kəskin addım atması və bundan sonra nə baş verəcəyi ilə bağlı çaşqınlıq içində idi. "İlk olaraq narazılıq var idi", deyə yüksək səviyyəli administrasiya rəsmisi bildirib. 

İndi administrasiya ehtiyatla Zelenskinin "avantürasının” nəticə verib-verməyəcəyini gözləyir.

WSJ qeyd edir ki, ABŞ Ukraynaya Kursk əməliyyatını həyata keçirmək şərait yaradır, lakin bu məsələyə dair açıq müzakirələrdən yayınmağa çalışır.

Ağ Ev və Pentaqondan ABŞ-ın Almaniyadakı Avropa Komandanlığının qərargahına qədər rəsmilər ehtiyatlı nikbinliklə izləyirlər.

"Məncə, bu, müəyyən səviyyədə Rusiyanın hərbi təhlükəsizliyinin kövrəkliyini, onların bu hadisəyə hazır olmadıqlarını bir daha nümayiş etdirir", deyə Pentaqonun xüsusi əməliyyatlar üzrə yüksək səviyyəli rəsmisi Kris Meyer deyib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->