Xəbər lenti

Bayden Ağ Evdə Kara-Murza və ailəsi ilə görüşdü
Dünya10:09 16.08.2024

Bayden Ağ Evdə Kara-Murza və ailəsi ilə görüşdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ prezidenti Co Bayden Rusiya həbsxanasından azad edilən müxalifətçi Vladimir Kara-Murza və ailəsi ilə Ağ Evdə görüşüb.
Qaynarinfo xəbər verir ki, bu barədə ABŞ prezidenti X sosial şəbəkəsində (Twitter) yazıb.
Bayden qeyd edib ki, Kara-Murza Rusiyanın Ukraynadakı müharibəsinə qarşı çıxış etdiyinə görə Rusiya Federasiyasında iki il yarım ədalətsiz həbsdə yatıb və bu gün onun ailəsi yenə tam olub.
"Bu gün mən Vladimir Kara-Murza və ailəsini Amerikaya qayıtmasını qeyd etmək üçün Ağ Evdə salamladım", - ABŞ prezidentinin bəyanatında deyilir.
ABŞ-ın yaşıl kart sahibi və Rusiya-Britaniya vətəndaşlığına malik Kreml tənqidçisi Kara-Murza avqustun əvvəlində Qərb ölkələri ilə Rusiya arasında böyük bir mübadilə nəticəsində Rusiyada həbsdən azad edilib.
Alpər