Dünya 19:12 21.05.2023

Bayden Çini hədələdi: "Birtərəfli hərəkətlər olarsa..."

ABŞ prezidenti Co Bayden Çini Tayvana qarşı "birtərəfli addımlar” atacağı təqdirdə cavab verməklə ilə hədələyib. 

Qaynarinfo xəbər verir ki, ABŞ lideri bu barədə Xirosimada keçirdiyi mətbuat konfransında bildirib.

"Biz Tayvanın özünü müdafiə etmək qabiliyyətini dəstəkləməyə davam edəcəyik. Və müttəfiqlərimizin əksəriyyəti arasında aydın bir anlayış var ki, Çin birtərəfli hərəkət edərsə, cavab veriləcək...", deyə Bayden bildirib.

ABŞ Konqresinin Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosinin ötən il avqustun əvvəlində adaya səfərindən sonra Tayvan ətrafında vəziyyət xeyli gərginləşib. Adanı özünün əyalətlərindən biri hesab edən Çin bu addımı ABŞ-ın "Tayvan separatizmini" dəstəkləməsi kimi şərh edərək, Pelosinin səfərini pisləyib və genişmiqyaslı hərbi təlimlər keçirib.

ÇXR mərkəzi hökuməti ilə onun ada əyaləti arasında rəsmi əlaqələr 1949-cu ildə Çin Kommunist Partiyası ilə vətəndaş müharibəsində məğlub olan Çan Kay-şekin başçılıq etdiyi Kuomintang qüvvələri Tayvana köçdükdən sonra kəsilib. Ada ilə materik Çin arasında işgüzar və qeyri-rəsmi əlaqələr 1980-ci illərin sonlarında bərpa olunub.

Aydın