Xəbər lenti

Bayden debatdan iki gün əvvəl çətinliklə danışırmış - "Politico"
Dünya11:44 06.07.2024

Bayden debatdan iki gün əvvəl çətinliklə danışırmış - "Politico"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ prezidenti Co Bayden sələfi Donald Trampla debatına iki gün qalmış çətinliklə danışa bilirmiş. 
Qaynarinfo xəbər verir ki, bu barədə "Politico" mənbələrə istinadən yazır.
Nəşrin həmsöhbətlərinin sözlərinə görə, dövlət başçısının kəskin soyuqdəyməsi olub. Tədbirdən iki gün əvvəl Bayden köməkçiləri ilə qısa debat məşqi keçirib və sonra bir gün istirahət edib. Mənbələr bildiriblər ki, onun koronavirus testləri mənfi olub.
Ertəsi gün prezidentin köməkçiləri onu debata yetişdirməyə çalışıblar və debata hazırlıq iyunun 27-də səhər saatlarında da davam edib. Bəzi məsləhətçilərin fikrincə, intensiv məşqlər siyasətçinin səhhətini daha da korlayıb.
Bayden və Trampla debat iyunun 28-nə keçən gecə Atlantada baş tutub. Çıxışı zamanı ABŞ-ın hazırkı prezidenti kəkələyib və dayanıb, fikirlərini həmişə aydın şəkildə ifadə edə bilməyib.
Daha sonra ABC telekanalına verdiyi müsahibədə Bayden debatdan əvvəl kəskin soyuqladığını və Avropaya iki işgüzar səfərdən sonra yorğun olduğunu etiraf edib. 
Baydenin sağlamlıq və koqnitiv testlərdən keçib-keçməməsi ilə bağlı suala cavab olaraq prezident deyib ki, heç kim ona bunun zəruri olduğunu deməyib. Siyasətçi qeyd edib ki, onun ABŞ-ın rəhbəri kimi fəaliyyəti öz-özlüyündə onun peşəkarlığından xəbər verir.
Aydın