ABŞ prezidenti Co Bayden komandasına Qəzzada xəstəxanaya raket hücumu ilə bağlı məlumat toplamaq əmri verib.
Qaynarinfo xəbər verir ki, bu barədə Bayden X şəbəkəsində
yazıb.
"Qəzzada Əl-Əhli xəstəxanasında baş verən partlayış və dəhşətli insan itkisi məni qəzəbləndirdi və dərindən kədərləndirdi. Bu xəbəri eşidəndən dərhal sonra İordaniya kralı II Abdullah və İsrailin baş naziri Netanyahu ilə danışdım və milli təhlükəsizlik komandama baş verənlərlə bağlı məlumat toplamaqda davam etməyi tapşırdım”, - ABŞ prezidenti yazıb.
Bayden qeyd edib ki, Birləşmiş Ştatlar "birmənalı olaraq münaqişə zamanı mülki həyatın qorunması xəttinə sadiqdir”.
HƏMAS İsrailin Qəzza zolağında əl-Əhli Ərəb xəstəxanasını vurduğunu, ehtimal ki, yüzlərlə insanın öldüyünü, İsrail ordusu isə partlayışın Fələstinin uğursuz raket atışı nəticəsində baş verdiyini bildirib.
İordaniya Qəzzada yüzlərlə insanın ölümünə səbəb olan xəstəxanada partlayışdan sonra ABŞ prezidenti Co Bayden ilə İordaniya, Misir və Fələstin Muxtariyyəti liderləri arasında çərşənbə günü keçirilməsi planlaşdırılan sammiti ləğv edib.
ABŞ prezidenti Co Bayden bu ölkənin kralı, Fələstin Muxtariyyətinin rəhbəri və Misir lideri ilə görüşməli olduğu İordaniyaya səfərini təxirə salıb.
Alpər