Xəbər lenti

Bayden Ərdoğanın 5 “Azovstal” komandirini Kiyevə niyə qaytardığını bilmir
Dünya05:56 10.07.2023

Bayden Ərdoğanın 5 “Azovstal” komandirini Kiyevə niyə qaytardığını bilmir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın "Azovstal” qarnizonunun 5 komandirini Ukraynaya qaytarmaq qərarına gəldiyi zaman hansı motivi rəhbər tutduğunu bilmir. Vaşinqton bu prosesdə iştirak etməyib.
Qaynarinfo xəbər verir ki, bu barədə bazar günü, iyulun 9-da ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan brifinq zamanı bildirib. 
Onun sözlərinə görə, ukraynalı müdafiəçilərin niyə planlaşdırılandan tez buraxılması sualı "birbaşa Ərdoğana verilməlidir”.
 "Biz bu tədbirin bir hissəsi deyildik və Ərdoğanın bu yolla nəyə nail olmağa çalışdığını şərh edə bilmərik”,- Baydenin müşaviri deyib.
Sallivan əlavə edib ki, ABŞ və bütün dünya ukraynalıların qəhrəmanların qayıdışına sevincli reaksiyasının şahidi olub.
Xatırladaq ki, şənbə günü, iyulun 8-də Ukrayna prezidenti Volodimir Zelenski "Azovstal” qarnizonunun beş komandirinin evə qayıtdığını elan edib. Zelenski onları İstanbul hava limanında qarşılayıb, axşam isə Lvova çatıblar.
Razılaşmalara əsasən, 2022-ci ilin sentyabrında Ukrayna və Rusiya arasında genişmiqyaslı əsir mübadiləsindən sonra beş komandir "prezident Rəcəb Tayyib Ərdoğanın şəxsi mühafizəsi altında” Türkiyədə olub. Onlar Rusiya əsirliyindən azad edildikdən sonra ölkədə doqquz aydan çox vaxt keçiriblər.
Nizami Bağırov