"İndi İrandan daha pis olan yeganə şey nüvə silahına malik İrandır".
Qaynarinfo "Jerusalem Post"a istinadən xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Co Bayden
deyib.
Bayden çərşənbə günü İsrailə gəldikdən dərhal sonra ölkənin "Kanal 12" telekanalına deyib ki, ABŞ İranın nüvə silahı hazırlamasını dayandırmaq üçün "son çarə kimi" güc tətbiq edəcək.
O, ABŞ-ın 2015-ci ildəki nüvə sazişinin yenidən canlandırılmasına dəstək verməsinin səbəbini açıqlayıb: "Düşünürəm ki, əvvəlki prezidentin razılaşmadan çıxması böyük səhv idi.Onlar nüvə silahına əvvəlkindən daha yaxındırlar”.
"İran sazişə qayıtmasa, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Dövlət Departamentinin terror təşkilatları siyahısında saxlanılacaq", deyə Bayden bildirib.
Aydın