Xəbər lenti

Bayden İsrailə gəldi: Media səfərin məqsədlərini açıqladı (VİDEO)
Dünya09:57 18.10.2023

Bayden İsrailə gəldi: Media səfərin məqsədlərini açıqladı (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ prezidenti Co Bayden Qəzzada müharibənin 12-ci günündə, oktyabrın 18-də çərşənbə səhəri İsrailə uçub.
Qaynarinfo jpost.com-a istinadla xəbər verir ki, Amerika lideri müharibənin 12-ci günündə İsrailin düşmənlərinə münaqişəni regional müharibəyə çevrilməsinin qarşısını almaq və girovların ailələri ilə görüşmək üçün İsrail ərazisinə gəlib.
Ağ Evin mətbuat katibi Karine Jean-Pierre artıq Baydenin İsrailə səfərini şərh edib. "Prezident əmindir ki, çətin anlarda İsrail və İsrail xalqı ilə həmrəyliyi davam etdirmək vacibdir”, - deyə spiker bildirib.
Bloomberg-in məlumatına görə, Amerika lideri Tel-Əvivə ABŞ-ın İsrailə bağlılığını gücləndirmək və onun HƏMAS ilə müharibəsinin genişlənməsinin və Yaxın Şərqin xaosa qərq olmasının qarşısını almaq üçün gəlib.
Amerika liderini hava limanında İsrailin baş naziri Binyamin Netanyahu qarşılayıb.
Alpər