ABŞ hakimiyyətinin Böyük Britaniyanın müdafiə naziri Ben Uollesin NATO-nun baş katibi vəzifəsinə namizədliyini əngəlləmək qərarı iki ölkə arasında münasibətlərə xələl gətirə bilər. Onların fikrincə, ABŞ prezidenti Co Bayden Londona qarşı "yaxşı iş görməyib”.
Qaynarinfo xəbər verir ki, bu barədə "The Telegraph” mənbələrə istinadən
yazır.
"Biz onların ən yaxın müttəfiqi olmalıyıq. Nəticədə, biz bunu əldə edirik ... Bu, Britaniya-Amerika münasibətləri üçün pisdir", - deyə nəşrin Britaniya hökumətindəki adı açıqlanmayan həmsöhbətlərindən biri bildirib.
Qəzetin yazdığına görə, Bayden əvvəlcə Danimarkanın baş naziri Mette Frederiksenin namizədliyinə rəğbət bəsləyib. Lakin ABŞ prezidenti, danimarkalının Vaşinqton səfərindən sonra fikrini dəyişib, çünki o, "yaxşı təəssürat yaratmayıb". Britaniya hökumətindəki mənbə həmçinin bildirib ki, Fransa və Almaniya da cənab Uollesin NATO-ya rəhbərlik etməsinin qarşısını almağa çalışır.
İndi isə "The Telegraph” yazır ki, ABŞ 2014-cü ildən NATO-nun baş katibi vəzifəsini icra edən Yens Stoltenberqi daha 12 ay qalmağa razı salmağa çalışır. O, 2022-ci ilin oktyabrında vəzifəsindən getməli idi, lakin NATO liderləri onun mandatını 30 sentyabr 2023-cü ilə qədər uzatmaq qərarına gəliblər. Bloomberg iyun ayında bildirib ki, NATO ölkələri Stoltenberqdən vəzifədə bir il də qalmağı xahiş edirlər. Dünən, iyunun 22-də Böyük Britaniyanın müdafiə naziri Ben Uolles alyansın hazırkı baş katibini əvəz etmək fikrində olmadığını bildirib.
Nizami Bağırov