ABŞ prezidenti Co Bayden Rusiya prezidenti Vladimir Putinin taktiki nüvə silahından istifadə təhlükəsinin "real" olduğunu deyib.
Qaynarinfo-nun məlumatına görə, o, bunu Kaliforniyada bir qrup donor qarşısında
deyib.
ABŞ prezidenti Putinin nüvə silahından mümkün istifadəsindən narahat olduğunu vurğulayıb.
"Təxminən iki il əvvəl burada danışanda və Kolorado çayının qurumasından narahat olduğumu deyəndə hamı mənə dəli kimi baxdı. Mən Putinin taktiki nüvə silahından istifadə etməsindən narahat olduğumu deyəndə mənə baxdıqları kimi baxdılar. Bu realdır”, Bayden deyib.
Xatırladaq ki, şənbə günü o, Putinin taktiki nüvə silahlarının ilk partiyasının Belarus ərazisində yerləşdirilməsi ilə bağlı bəyanatlarını "tamamilə məsuliyyətsizlik” adlandırıb.
Nizami Bağırov