Xəbər lenti

Bayden planlaşdırılmamış brifinq keçirdi: "Yaddaşım yerindədir" (VİDEO)
Dünya08:09 09.02.2024

Bayden planlaşdırılmamış brifinq keçirdi: "Yaddaşım yerindədir" (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ prezidenti Co Bayden, xüsusi prokuror Robert Hurun məxfi sənədlərlə düzgün davranmaması ilə bağlı araşdırmasına görə planlaşdırılmamış brifinq keçirib.
Qaynarinfo Reuters-ə istinadən xəbər verir ki, Bayden hesabatın "yaxşı niyyətli, lakin yaddaşı zəif olan yaşlı adam" kimi təsvir edildiyi hissəyə görə qəzəblənib. 
Cümə axşamı, fevralın 8-də xüsusi prokuror Baydenin məxfi sənədləri saxlamaqda ittiham edilməyəcəyini söyləyib, çünki 15 aylıq araşdırmadan sonra Hur Baydenin yaddaş problemlərinin olduğu qənaətinə gəlib. Hur prezidenti "yaxşı niyyətli, yaddaşı pis olan qoca” adlandırıb.
"Yaddaşım yerindədir. Mən yaxşı niyyətli yaşlı bir adamam və nə etdiyimi bilirəm", - deyə Bayden brifinqdə bildirib.
Araşdırma zamanı ABŞ Ədliyyə Nazirliyi Baydenin özü də daxil olmaqla 147 şahidlə 173 müsahibə aparıb. Onun dindirilməsi oktyabr ayında baş tutub. Xəbərdə qeyd edilib ki, Bayden söhbət zamanı Barak Obamanın dövründə vitse-prezidentliyinin neçənci ildə başladığını unudub, həmçinin oğlu Bonun neçənci ildə öldüyünə də cavab verə bilməyib.
Xüsusi prokurorun bu işdə prezidentə ittiham irəli sürmək niyyətində olmadığı qənaəti Baydenin gözlənilən seçki rəqibi Donald Trampdan fərqli olaraq, evində məxfi sənədlər saxladığına görə həbsxanaya düşmə riskinin olmamasına zəmanət verir. Lakin yaddaş problemləri ilə bağlı bu cür iddialar seçicilərin onun daha dörd il prezident kimi qalmasının məqsədə uyğunluğuna dair şübhələrini dərinləşdirə bilər.
Nizami Bağırov