Xəbər lenti

Bayden prezidentlərin cəza məsuliyyətindən toxunulmazlığının ləğvini təklif etdi
Dünya 09:01 16.01.2025

Bayden prezidentlərin cəza məsuliyyətindən toxunulmazlığının ləğvini təklif etdi

ABŞ Prezidenti Co Bayden dövlət başçısının vəzifəsini icra edərkən törətdiyi cinayətlərə görə toxunulmazlığının ləğvi məqsədilə Konstitusiyaya dəyişikliklər olunmasının zəruri olduğunu bildirib.

"Report”un xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Prezidenti vida müraciətində danışıb.

"Biz Konstitusiyaya dəyişiklik etməliyik ki, aydın olsun: heç bir prezident, heç bir şəxs vəzifə başında olduğu müddətdə törətdiyi cinayətlərə görə məsuliyyətdən qorunmasın", - o vurğulayıb.

Həmçinin, o, siyasətdə korrupsiyaya qarşı mübarizənin vacibliyini qeyd edib. "Biz seçki kampaniyalarının gizli maliyyələşməsindən qurtulmalıyıq", - Prezident əlavə edib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->