Xəbər lenti

Bayden prezidentliyinin 589 günündən 234 gününü işdə olmayıb
Dünya07:37 01.09.2022

Bayden prezidentliyinin 589 günündən 234 gününü işdə olmayıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ prezidenti Co Baydenin avqustun, demək olar ki, üçdə ikisini məzuniyyətdə keçirdiyi məlum olduqdan sonra ona qarşı tənqidlər artıb.
Qaynarinfo bu barədə New York Post-a istinadən xəbər verir.
New York Post-un dərc etdiyi statistikaya görə, Bayden prezident olduğu 589 gündən 234 gününü məzuniyyətdə keçirib.
Respublikaçıların Milli Komitəsinin katibi Rona MakDaniel deyib: "Seçicilər iş başında görünən respublikaçıları istəyirlər”.
O, Baydenin ikinci dəfə Ağ Evə gətirilməməsi lazım olduğunu vurğulayaraq, deyib: "Amerikanı bu vəziyyətdən çıxara, cənub sərhədlərini təmin edə və vergi ödəyicilərinin pullarının israfçılığına son qoya bilən bir prezident seçilməlidir".
M.Arif