ABŞ prezidenti Co Bayden Rusiyanın NATO-nun genişlənməsi ilə bağlı narahatlığını müzakirə etmək üçün görüşə hazırlığını elan edərək Rusiyaya diplomatik güzəştə getdi.
Qaynarinfo xəbər verir ki, bu barədə Britaniyanın "Financial Times” qəzetinin məqaləsində deyilir.
Qəzetin yazdığına görə, Moskva NATO-nun şərqə doğru genişlənmədən imtina etmək və Rusiya ilə həmsərhəd ölkələrdə ona hücum etmək üçün istifadə oluna biləcək kontingentlərdən çəkinmək öhdəliyini istəyir.
"Lakin Baydenin Şərqi Avropada Moskva ilə potensial "kompromis” axtarışından bəhs etməsi NATO-nun Şərqi Avropadakı üzvləri və ABŞ müttəfiqlərini qorxudur. Onlar ehtiyat edir ki, ABŞ-ın Avropadakı hərbi mövcudluğuyla bağlı güzəşt əldə etmək üçün Putin hərbi güc təhdidindən istifadə edəcək”, - məqalədə deyilir.
Dekabrın 7-də Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Co Bayden arasında onlayn danışıqlar baş tutub. Siyasətçilər iki saata yaxın danışıblar.
Bundan əvvəl Putin NATO-nun şərqə doğru genişlənməsinin hüquqi təminatlarına nail olmaq üçün substantiv danışıqlara başlamağı təklif edib. Putinin sözlərinə görə, Rusiya etibarlı və uzunmüddətli təhlükəsizlik təminatları axtarmaq niyyətindədir və ABŞ və müttəfiqləri ilə danışıqlarda "NATO-nun şərqə doğru irəliləməsi istisna olmaqla, konkret razılaşmaların işlənib hazırlanmasında təkid edəcək”. O əlavə edib ki, Rusiyanın qərb sərhədlərində gərginlik artır, "Şimali Atlantika Alyansının hərbi infrastrukturunun Rusiya sərhədlərinə nə qədər yaxınlaşdığını görmək kifayətdir”.
Alpər