ABŞ prezidenti Co Bayden Rusiya prezidenti Vladimir Putini "qəssab” adlandırıb.
Qayanrinfo Unian-a istinadən xəbər verir ki, Amerika lideri bu barədə Polşanın Varşava şəhərində ukraynalı qaçqınlarla görüşündən sonra mətbuata açıqlamasında deyib.
Jurnalistlərin "Putin haqqında nə düşünürsünüz" sualına Bayden "O, qəssabdır" cavabını verib.
ABŞ prezidenti daha əvvəllər də qaçqınlarla görüşə getdiyini, hər dəfə "insan ruhunun dərinliyi və gücü"nün onu heyrətləndirdiyini bildirib: "Bu inanılmazdır. Mən bu balaca uşaqları görürəm. Sadəcə qucaqlamaq istəyirəm, sadəcə təşəkkür etmək istəyirəm. Bu uşaqların hər biri "Döyüşən atam, babam və ya qardaşım üçün dua edin" kimi bir şey dedi. Və mən müharibə bölgəsində yaxın birinin olmasının necə bir şey olduğunu xatırlayıram".
Aydın
<iframe width="640" height="360" src="//player.qaynarinfo.az/?v=6108" frameborder="0" allow="autoplay; encrypted-media" allowfullscreen="" seamless="">