Xəbər lenti

Bayden Putinlə Çin rəhbərini müqayisə etdi: “İkisi də...”
Dünya08:55 26.03.2021

Bayden Putinlə Çin rəhbərini müqayisə etdi: “İkisi də...”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ Prezidenti Co Bayden Çin və Rusiya başçıları Si Szinpin və Vladimir Putini müqayisə edərək, onların avtokratiyanın demokratiyadan üstünlüyünə inandıqlarını qeyd edib. 
Qaynarinfo xəbər verir ki, Bayden bu barədə ABŞ-ın başçısı kimi çıxış etdiyi ilk mətbuat konfransında danışıb.
Bayden Si Szinpin üçün "düz" və "çox ağıllı oğlan" sözlərini işlədib. Eyni zamanda Çin lideri haqqında danışarkən Bayden Rusiya prezidentini də xatırladıb.
"O (Si Szinpin), Putin kimi, avtokratiyanın daim çətinləşən bir dünyada demokratiyanın qadir olmadığına qadir olduğuna inananlardan biridir", - Bayden NBC News-a deyib.
Bundan başqa, Ağ Ev rəhbərinin sözlərinə görə, o, digər dövlət başçılarından daha çox Si Szinpin ilə ünsiyyətdə olub.
Alpər