Xəbər lenti

Bayden Roma Papasına təriflər yağdırdı
Dünya10:26 01.11.2021

Bayden Roma Papasına təriflər yağdırdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ prezidenti Co Bayden Papa Fransisklə təmaslarında "böyük rahatlıq" tapdığını deyib. 
Qaynarinfo xəbər verir ki, o, bu barədə Romada G20 sammiti başa çatdıqdan sonra keçirilən mətbuat konfransında bildirib.
"O, həqiqətən yaxşı insandır", - Bayden pontifik haqda deyib.
Onun sözlərinə görə, Roma Papası Fransisk Yer kürəsində sülh, ədəb və ümumən şərəfin təmin olunmasına çalışır.
Ağ Evin rəhbəri qeyd edib ki, pontifik onun katoliklik haqqında uşaqlıqdan bildiyi hər şeyi təcəssüm etdirir. Eyni zamanda o, digər dini baxışlara sadiq olan insanlara böyük hörmət bəslədiyini göstərib.
Alpər