Xəbər lenti

Bayden: Rusiya BMT İHK-dan çıxarıldıqdan sonra “beynəlxalq izqoya” çevriləcək
Dünya10:02 08.04.2022

Bayden: Rusiya BMT İHK-dan çıxarıldıqdan sonra “beynəlxalq izqoya” çevriləcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya BMT-nin İnsan Haqları Şurasından çıxdıqdan sonra "beynəlxalq izqoya çevriləcək”.
Qaynarinfo xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden deyib.
Ağ Evin mətbuat xidmətinin məlumatına görə, Bayden Baş Assambleyanın Rusiyanı İHK-dan (United Nations Human Rights Committee) çıxarmaq qərarını "beynəlxalq ictimaiyyət tərəfindən mühüm addım” adlandırıb. O vurğulayıb ki, bu qərara səbəb Rusiyanın insan hüquqlarının kobud və sistemli şəkildə pozması olub.
Öz növbəsində ABŞ dövlət katibi Entoni Blinken Rusiyanın İHK-da üzvlüyünün dayandırılmasını "səhvi düzəltmək” adlandırıb, çünki təşkilatın məqsədi "insan hüquqlarına hörməti təşviq etməkdir”.
Xatırladaq ki, bu ərəfədə Rusiyanın BMT İnsan Hüquqları Komitəsində iştirakı BMT Baş Assambleyasının qərarı ilə dayandırılıb. Macarıstan və Serbiya da daxil olmaqla, 93 dövlət qətnamənin lehinə, 24-ü əleyhinə, 58-i bitərəf qalıb. Bundan sonra Rusiya BMT İHK üzvü kimi səlahiyyətlərinə vaxtından əvvəl xitam verdiyini bəyan edib.
Qeyd edək ki, "izqoy” orta əsrlər Kiyev Rus dövlətində rast gəlinən bir termindir. İlkin sənədlərdə kilsə tərəfindən himayə olunan yetimlər mənasında işlədilib. Bu, tarixşünaslıqda Kiyev Rus dövlətində atası əvvəllər taxtda olmadığı üçün Kiyev taxt-tacının varisliyindən kənarlaşdırılan knyazı nəzərdə tuturdu. Ruisca daha bir izahına görə, izqoy köhnə rus sosial termini olub, öz sosial mühitindən qopmuş, təcrid olunmuş insan mənasını verir. İndilər siyasi termin kimi dünya dillərində istifadə olunur, hamıdan təcrid olunmuş, uzqlaşmış, tək qalmış mənasını ifadə edir.
Alpər